20 Yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat yarışı keçirilib - FOTO
18 Yanvar 2023 14:06 İdmanYardımlı rayon Bozayran kənd tam orta məktəbində şahmat yarışı keçirilib. Bu barədə "Olaylar"a Yardımlı rayon Bozayran kənd tam orta məktəbin Fiziki tərbiyə müəllimi Vüqar Sadiyev məlumat verib: "Uşaq- Gənclər İdman Şahmat məktəbinin təşəbbüsü ilə Bozayran kənd tam orta məktəbində 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş məktəbli uşaqlar arasında şahmat yarışı keçirildi.Yarışdan öncə həm 20 Yanvar Şəhidləri haqda, həm birinci Vətən müharibəsi, həm də ikinci Vətən müharibəsi haqda şagirdlərimizə ətraflı məlumat verildi. Şəhidlərimizin ruhları anıldı. Allah bütün şəhidlərimizi rəhmət eləsin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31