Səudiyyə Ərəbistanı klubundan Messiyə fantastik - TƏKLİF

Argentinalı ulduz futbolçu Lionel Messinin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə danışıqlar apardığı məlum olub.

Olaylar.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Mənbə iddia edir ki, Lionel Messinin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə danışıqlar aparır. "Əl-Hilal"ın rəhbərliyi superulduza ildə 300 milyon avro maaş təklif etdiyi bildirilir.

Hələlik Messinin agenti və klub xəbərə münasibət bildirməyib.

Onu da qeyd edək ki, "Əl-Hilal" klubu Ronaldonun transfer olduğu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun əsas rəqibidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31