Ulduz futbolçu öldü - FOTO

İtaliya milli komandasının, "Çelsi" və "Yuventus" klublarının sabiq hücumçusu Canluka Vialli bu gün 58 yaşında vəfat edib.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, Vialli mədəaltı vəzi xərçəngindən əziyyət çəkirmiş.

Sabiq hücumçu uzun müddət xərçənglə mübarizə aparsa da, Milad bayramı ərəfəsində vəziyyəti pisləşib.

Xəstəxanaya yerləşdirilən Vialli yanvarın 6-da səhər saatlarında dünyasını dəyişib.

Vialli İtaliya yığmasında 59 oyun keçirib. O, "Çelsi" ilə İngiltərə kubokunu qazanıb, "Yuventus"un heyətində isə Çempionlar Liqasının qalibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31