AZTV sədri bu şəxsi yüksək vəzifəyə təyin etdi - FOTO
5 Yanvar 2023 11:12 İdmanTanınmış aparıcı Rövşən Binnətli İdman TV-də direktor vəzifəsinə təyin olunub.
Olaylar.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov əmr imzalayıb.
Qeyd edək ki, bu təyinata qədər R.Binnətli adıçəkilən televiziyanın direktor müavini idi və director vəzifəsini icra edirdi.
Qeyd edək ki, Rövşən Binnətli əvvəllər CBC Sport kanalında Xəbərlər Departamentinin şef redaktoru vəzifəsində çalışıb. O, 2020-ci ildə İdman TV-nin direktor müavini vəzifəsinə təyinat almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31