Qətərdə “Messi muzeyi” yaradılmayacaq
29 Dekabr 2022 16:45 İdmanDohadakı Qətər Universiteti 2022-ci il dünya çempionatı zamanı Argentina millisinin lideri Lionel Messinin yaşadığı otaqda muzey yaratmaq fikrində deyil.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, təhsil ocağı bu barədə yayılan məlumatları təkzib edib.
"Universitet nümayəndəsinin sözləri yanlış şərh edilib, universitet belə bir muzey açmağı planlaşdırmır", - deyə müəssisədən bildirilib.
Qeyd edək ki, dekabrın 18-də dünya çempionatının finalında Argentina millisi Fransa seçməsinə qalib gələrək kubokun yeni sahibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31