Rusiya Avropadan uzaqlaşır: Futbol klubları Asiyada yarışlara qatılacaq

Rusiya Futbol İttifaqının (RFU) İcraiyyə Komitəsi UEFA-dan çıxmaq və Asiya Futbol Konfederasiyasına (AFC) keçmək barədə qərar qəbul etməyib. 

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, qərar yenidən təxirə salınıb.

Lakin yekun qərar 31 dekabr 2022-ci ilə qədər qəbul edilməlidir. 

RFU-nun mətbuat xidmətindən bildirilib ki, qərar Rusiyanın AFC-yə potensial keçidi ilə bağlı əlavə məsləhətləşmələrə ehtiyacla bağlıdır. 

Xatırladaq ki, fevralın 28-də Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Rusiya klublarını və yığma komandanı beynəlxalq yarışlardan kənarlaşdırıb. Noyabrın 27-də RFU prezidenti Aleksandr Dyukov İttifaqın Asiya Konfederasiyasına keçidi məsələsinə baxıldığını elan edib. Dekabrın 23-də bu məsələ birliyin icraiyyə komitəsinin iclasında müzakirə olunsa da, qərar dekabrın 27-nə qədər təxirə salınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31