Messinin müzakirə olunan geyiminin mənası nədir? - FOTO
19 Dekabr 2022 14:56 İdmanDünya çempionatının finalında qalib gələn Argentina millisinin kapitanı Lionel Messinin mükafatlandırma zamanı əynindəki geyimi xüsusi diqqət çəkib.
Olaylar.az xəbər verir ki, həmin geyimi həlledici qarşılaşmadan sonra Qətər əmiri Təmin bin Həməd əs-Sani argentinalı ulduza hədiyyə edib.
Qətərdə "Bişt" adlanan yerli adət-ənənəyə görə bu geyim mühüm tədbirlər zamanı istifadə olunur və onu geyinmək üçün layiq olmalısan. Daha çox nazirlər və vəzifəli şəxslər istifadə edir.



Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31