Ronaldudan təkzib

Beşqat "Qızıl top"un sahibi Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl Nəsr" futbol klubu ilə müqavilə imzalamayıb.

Trend xəbər verir ki, K.Ronaldu "Record" nəşrinə açıqlamasında deyib.

"Xeyr, bu doğru deyil", - deyə portuqaliyalı ulduz futbolçu müvafiq suala cavabında bildirib.

Xatırladaq ki, daha əvvəl KİV-lər K.Ronaldunun Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə müqavilə imzaladığı deyiliridi. Müqavilənin 2,5 mövsümlük nəzərdə tutulduğu və 200 milyon dollar maaş qarşılığında imzalandığı bildiriliridi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31