16 yaşlı futbolçu üçün İNANILMAZ TƏKLİF - Ərəblər yenə çoşdu

"Palmerias"ın istedadlı hücumçusu 16 yaşlı Endrik PSJ-yə qoşulmağa yaxındır.

Olaylar.az xəbər verir ki, bu barədə "ESPN" nəşri məlumat yayıb. Bildirilir ki, PSJ-nin ilk təklifi 45 milyon avro olub. Lakin təklif rədd edilib. "Palmerias"ın 60 milyon avro tələb etdiyi və ərəblərin rəhbərlik etdiyi PSJ-nin bu məbləği ödəməyə hazır olduğu irəli sürülüb. Məlumata görə, transferin reallaşmasında Neymar səy göstərir.

Qeyd edək ki, PSJ futbolçunu alandan sonra onu transfer etmək üçün 18 yaşının tamam olmasını gözləyəcək. Endrik üçün "Barselona", "Real Madrid" və digər nəhəng klubların da səy göstərdiyi bildirilib. Lakin maliyyə və digər səbəblərə görə PSJ daha iddialıdır.

Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31