Azərbaycan Premyer Liqasında iki oyun keçiriləcək
28 Noyabr 2022 10:33 İdmanFutbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunları davam edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu gün iki qarşılaşma keçiriləcək. Belə ki, əvvəlcə "Şamaxı" "Kəpəz"i qəbul edəcək. Şamaxı şəhər stadionunda saat 14:00-da başlayacaq qarşılaşmanı hakimlər Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov idarə edəcəklər.
Günün növbəti oyununda "Qarabağ" "Zirə" ilə görüşəcək. "Azersun Arena"da saat 19:00-da start götürəcək oyunun hakimləri Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31