Neymar dünya çempionatının ilk oyununda zədə alıb

Braziliya millisinin hücumçusu Neymar Serbiya yığması ilə futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk tur matçında topuğundan zədə alıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Braziliya komandasının həkimi Rodriqo Lesmar deyib.

Görüş braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Neymar matçın 79-cu dəqiqəsində əvəzlənib.

"Neymarda sağ topuğunun burxulması qeydə alınıb. O hissə şişəndən dərhal sonra biz ehtiyat skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat almaq üçün 24-48 saat gözləmək lazımdır", - deyə həkim bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31