DÇ-2022: Mərakeş Xorvatiya ilə üz-üzə
23 Noyabr 2022 14:20 İdmanQətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.
Olaylar.az matc.az-a istinadən bildirir ki, günün ilk matçı F qrupunda olacaq. Xorvatiya millisi Mərakeşi sınağa çəkəcək.
Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.
E qrupunda Almaniya seçməsi Yaponiya, İspaniya isə Kosta Rika ilə üz-üzə gələcək.
Dünya çempionatı
23 noyabr
F qrupu
Mərakeş - Xorvatiya 0:0 (1-ci hissə)
Baş hakim: Fernando Rapallini (Argentina).
"Əl-Bayt" stadionu.
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 6. Romen Saiss (k), 5. Nayef Aquerd, 3. Nussair Mazraui, 15. Selim Amallah, 4. Sofyan Amrabat, 8. Umai Azzedin, 7. Hakim Ziyeş, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri.
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 19. Borna Sosa, 11. Marselo Brozoviç, 10. Luka Modriç (k), 8. Mateo Kovaçiç, 13. Nikola Vlaşiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç.
23:00. Belçika - Kanada
Baş hakim: Canni Sikazve (Zambiya).
"Əhməd Bin Əli" stadionu.
E qrupu
17:00. Almaniya - Yaponiya
Baş hakim: İvan Barton (Salvador).
"Xəlifə" stadionu.
20:00. İspaniya - Kosta Rika
Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri).
"Al Tumama" stadionu.