Azərbaycanlı tələbə qızıl medal qazandı
23 Noyabr 2022 12:19 İdmanAzərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Nəqliyyat fakültəsinin tələbəsi Toğrul Qurbanov Ümumdünya Kapoeyra Federasiyasının Polşanın Zakopane şəhərində təşkil etdiyi turnirin qalibi olub. Bu barədə məlumat "OLAYLAR"-a təhsil ocağından bildirilib.
Qeyd edək ki, Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası bu yarışda yüksək nəticələr qazanıb. Belə ki, 10-dan çox ölkənin iştirak etdiyi turnirdə Azərbaycan kapoeyraçıları medal hesabında Estoniya və Almaniya idmançılarını geridə qoyaraq fəxri kürsünün ilk pilləsində yer alıblar.
Seçməmiz komanda hesabında 1-ci yerə çıxıb. İdmançılarımızın içində AzMİU-nun tələbəsi Fərid Allahverdiyev də qızıl medal əldə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31