Messi Ronaldoya çatdı
22 Noyabr 2022 15:39 İdmanQətərdə keçirilən dünya çempionatının ilk turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Argentina 1:0 hesabı ilə öndədir.
Olaylar.az Apasport.az-a istinadən xəbər verir ki, görüşün 10-cu dəqiqəsində penaltidən fərqlənən Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messi mundiallardakı qol sayını 7-yə çatdırıb.
35 yaşlı superulduz buna 20-ci matçında nail olub. Messi bununla Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldoya çatıb. 37 yaşlı forvard isə 17 görüşdə 7 dəfə fərqlənib.
Qeyd edək ki, C qrupunda yer alan Argentina yığmasının digər rəqibləri Meksika və Polşadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31