“Dəmir kimi sağlamam” deyən Ronaldodan xüsusi xahiş: Lütfən bunu etməyin

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatını izləyən jurnalistlərdən xahiş edib.

Olaylar.az xəbər verir ki, o jurnalistlərdən özü ilə bağlı komanda yoldaşlarına sual verməməyi xahiş edib. Bildirilir ki, Ronaldo gözlənilmədən milli komandanın mətbuat konfransının keçirildiyi zala daxil olaraq jurnalistlərə səslənib. "Lütfən oyunçulara mənim barəmdə sual verməyin" deyən Ronaldo, oyunlara tam hazır olduğunu ifadə edib. "Gülləkeçirməzəm və dəmir kimi sağlamam" - Ronaldo deyib.

Qeyd edək ki, Ronaldo ilə onun "Mançester Yunayted" klubunda da birgə oynadığı Bruno Alveşlə münasibətlərinin yaxşı olmadığı irəli sürülmüşdü.

Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31