İranlı futbolçular dövlət himnini oxumaqdan imtina etdilər - ÖZƏL/FOTO
22 Noyabr 2022 10:53 İdmanİran yığmasının futbolçuları İngiltərə ilə Dünya Kuboku matçından əvvəl öz ölkələrində hökumət əleyhinə etirazlara açıq şəkildə dəstək verərək milli himnlərini oxumaqdan imtina etdilər.
Olaylar.az xəbər verir ki, bəzi pərəstişkarlar tribunalarda himn oxunarkən qışqırıb, zarafatlar etmiş, digərləri isə "Qadın, Həyat, Azadlıq" yazılan lövhələr qaldırmışdırlar.
İran dövlət televiziyası bu hadisədən sonra himnin yayımını kəsərək biyabırçılıqdan yaxa qurtarmaq üçün stadionun daha əvvəl nümayiş etdirilən geniş kadrına keçib.
Qeyd edək ki, bu cür etirazlara sentyabr ayında baş örtüsü ilə bağlı sərt qaydaları pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Mahsa Amini adlı qadının həbsdə müəmmalı ölümü səbəb olub.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31