"Qarabağ" dünya reytinqində irəliləyərək rəqibini ÖTDÜ
11 Noyabr 2022 15:09 İdmanIFFHS futbol üzrə klubların reytinqini açıqlayıb.
Olaylar.az xəbər verir ki, Azərbaycanı təmsil edən yeganə komanda - "Qarabağ" 301 klubun qərarlaşdığı cədvəldə 8 pillə irəliləyib. Ötən ay 91-ci pillədə qərarlaşan Ağdam klubu 83-cü yerə qədər yüksəlib. "Köhlən atlar"ın aktivində 143,5 xal var.
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan Belçika "Gent"nin aktivində isə 137 xal var. Cədvəldə 87-ci yerdə dayanır.
Xatırladaq ki, "Qarabağ" - "Gent" qarşılaşması gələn il fevralın 16-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürəcək. Fevralın 23-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31