Şəkidə gimnastika növləri üzrə birləşmiş yarışlar keçiriləcək
1 Noyabr 2022 16:30 İdmanDekbarın 8-11-də Şəki şəhərində gimnastika növləri üzrə birləşmiş yarışlar keçiriləcək.
Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.
Yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunacaq.
Birləşmiş yarışlarına proqramına kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyi, batut gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı, akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyi daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31