Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırılıb - FOTO
29 Oktyabr 2022 20:20 İdmanTürkiyənin milli bayramı - Respublika Günü münasibətilə Bakı Su İdman Sarayı bu ölkənin dövlət bayrağı ilə işıqlandırılıb.
Olaylar.az bildirir ki, şəhərin müxtəlif yerlərindən idman sarayının üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.
İşıqlandırma Bakı Su İdman Sarayı tərəfindən həyata keçirilib.
Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Respublikasının yaradıldığı gündür.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31