Ronaldo üçün İngiltərə futbolu "BİTDİ" - GÖZLƏNİLƏN OLDU
28 Oktyabr 2022 14:23 İdmanKriştiano Ronaldo nəinki "Mançester Yunayted"də ümumiyyətlə, İngiltərədə futbol oynamaq istəmir.
Olaylar.az Metbuat.az-a istinadən xəbər verir ki, Ronaldo "Mançester Yunayted" və digər İngiltərə klublarının ona münasibətini "aşağılama" kimi qəbul edib. İddialara görə, 37 yaşlı futbolçu İtaliyada futbol oynamaq istəyir. "Napoli" klubunun Ronaldo ilə danışıqlar apardığı irəli sürülüb.
Qeyd edək ki, "Tottenhem"lə oyunda (2:0) baş məşqçi Ronaldonu meydana buraxmayıb. Buna etiraz olaraq, Ronaldo oyunun bitməsini gözləmədən stadionu tərk edib. Buna görə də, 37 yaşlı futbolçu əsas komandadan uzaqlaşdırılıb. Üstəlik futbolçuya əsas komanda ilə məşq etmək qadağan edilib. Ardınca, baş məşqçi Erik ten Haq Kriştiano Ronaldonu əsas komanda ilə məşqlərə qaytarmaq üçün şərtlərini açıqlayıb. O deyib ki, hücumçu yalnız ehtiyat oyunçular skamyasında oturmağa etiraz etməyəcəyi halda bağışlanacaq. Təcrübəli forvard həmçinin etdiyi hərəkətə görə üzr istəməlidir. Ulduz futbolçu bu şərtləri qəbul etməsə, onun özünə yeni komanda axtarmasına icazə veriləcək.