İdmançılarımız festivalda uğurla iştirak ediblər
27 Oktyabr 2022 15:34 İdmanDövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançıları Bakı İdman Sarayında keçirilən şərq əlbəyaxa döyüş növləri üzrə festivalda uğurla iştirak ediblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olaylar"a bildirilib ki, DGK İdman-Sağlamlıq Mərkəzini festivalda üç döyüş növündə 26 idmançı təmsil edib.
Kontakt karate növündə kişilər arasında DGK "Azərterminalkompleks" Birliyinin əməkdaşı Təbriz Begaliyev (60 kq çəki dərəcəsində) qızıl medalla təltif olunub. İdmançılarımız taekvondo növündə İdman-Sağlamlıq Mərkəzinin məşqçisi Elməddin Vəliyevin rəhbərliyi altında 5 qızıl və 1 brünüc, kunq-fu növündə isə İdman-Sağlamlıq Mərkəzinin məşqçisi Aqil Mustafayevin rəhbərliyi altında 5 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31