Futbolçu FACİƏLİ şəkildə öldü - FOTO
19 Oktyabr 2022 16:45 İdmanRusiyalı futbolçu Maksim Artyomov vəfat edib.
Olaylar.az-ın məlumatına görə, 26 yaşlı Artyomov 17-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Hadisə Moskvadakı yaşayış binalarından birində baş verib. Polis hadisə ilə bağlı araşdırma aparır.

Artyomov Moskvanın "Spartak" klubunun akademiyasının məzunudur. 2014-2015-ci illərdə həvəskarlardan ibarət "Lokomotiv-2" futbol klubunda çıxış edib. Onun son klubu futbolçunun 2017-ci ildə çıxış etdiyi Nijni Novqorodun "Olimpiets" olub.
Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31