Messinin qarşısında "Çin səddi" qurdular - Amma yenə də faydası olmadı... - VİDEO
17 Oktyabr 2022 12:39 İdmanFransa çempionatının son turu çərçivəsində keçirilən PSJ-"Marsel" qarşılaşması zamanı maraqlı oyun epizodu qeydə alınıb.
Olaylar.az xəbər verir ki, Lionel Messi cərimə zərbəsini yerinə yetirərkən, rəqib komandanın bütün futbolçuları qapının qarşısına düzülüb. Futbolçuların qapının qarşısında iki sədd yaratması diqqət çəkib. Bununla belə, Messi topu qapıya yönəldib. Top futbolçuların üzərindən keçərək, qapı dirəyinə dəyib.
Qeyd edək ki, oyun PSJ-nin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31