YAP-ın 30 illiyi ilə əlaqədar futbol turniri keçiriləcək - ÖZƏL
14 Oktyabr 2022 15:54 İdmanHakim Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə əlaqədar olaraq partiyanın rayon təşkilatları tərəfindən müxtəlif tədbirlər keçirioləcək. "OLAYLAR"-a YAP Mİngəçevir şəhər təşkilatının sədri müavini Bəxtiyar Mustafayev deyib ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar Mingəçevir şəhərində regionla mini futbol turniri təşkil olunacaq. Kür Olimpiya Tədris İdman Mərkəzində baş tutacaq turnir oktyabrın 15-16-ı tarixlərini əhatə edəcək.
Oktyabrın 15-də turnirin rəsmi açılışı və ilk oyunu keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31