"Qarabağ"ın ulduz futbolçusuna GÖZLƏNİLMƏZ TƏKLİF - Ayrılmaq istədiyini açıqladı
12 Oktyabr 2022 11:25 İdman"Qarabağ" klubunun futbolçusu Marko Veşoviç karyerasını Rusiyada davam etdirə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə agent Aleksandar Ristiç "RB Sport"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya Premyer Liqasında çıxış edən bir neçə komanda 31 yaşlı monteneqrolu yarımmüdafiəçi ilə bağlı məlumat istəyib: "Həqiqətən də Veşoviçə Rusiya klublarından maraq var idi. Onun sözləşməsi 2023-cü ilin yayınadək qüvvədədir. Qışda Rusiyadan konkret təklif gəlsə, oyunçu bunda maraqlı olacaq. Veşoviç Rusiya çempionatında iştirak etmək istəyir".
Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"ın formasını geyinir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31