"Qarabağ"la oyunda baş verənlərə görə cərimələndi

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Frayburq"u (Almaniya) cərimələyib.

İOlaylar.az bildirir ki, buna səbəb komandanın azarkeşlərinin 1-ci turda Ağdam təmsilçisi ilə, 2-ci turda isə "Olimpiakos"la (Yunanıstan) matçlardakı davranışları olub. Ona görə də "Frayburq" "Qarabağ"la görüşdəki insidentə üçün 7 min, "Olimpiakos"la görüşdə baş verənlər üçün isə 11 min avro cərimələnib.

Qeyd edək ki, "Qarabağ" 1-ci turda "Frayburq"a 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında 6-cı tur oyunu isə noyabrın 3-ü Bakıda olacaq.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31