Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib - ÖZƏL
11 Oktyabr 2022 11:13 İdmanBeynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov oktyabrın 12-də Rumıniyanın Qalati şəhərində kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələnin matçını idarə edəcək. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Voleybol Federasiyasından daxil olub.
Bildirilib ki, Zülfüqarov "Qalati İdman Salonu"nda baş tutacaq "Arkada Qalati" (Rumıniya) - "Hebar Pzardzik" (Bolqarıstan) klublarının qarşılaşmasında ikinci hakim olacaq. Matçın birinci hakimi vəzifəsini sloveniyalı Blaz Markelj yerinə yetirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31