Kişi voleybolçulardan ibarət “Murov” klubu bu gün Polşaya yollanıb - ÖZƏL
6 Oktyabr 2022 11:45 İdman2022/23 mövsümündə ölkəmizi Çelenc kubokunda təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komanda oktyabrın 12-dək Polşanın Kialnarova şəhərində təlim-məşq toplanışı keçəcək. "OLAYLAR"-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, hazırlıq çərçivəsində "Murov"un yerli klublarla bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, "Murov" Çelenc kubokunun 1/32 final mərhələsində Xorvatiya "Kitro Varazdin"i ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün isə təmsilçimiz meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31