Fatih Terimə GÖZLƏNİLMƏZ TƏKLİF - Avropa nəhənginin baş məşqçisi olur

"Qalatasaray"dakı işindən sonra işsiz olan Fatih Terim yeni klubla anlaşmaq üzrədir.

Olaylar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fatih Terim "Sevilya" klubunun baş məşqçisi olacaq. Bildirilir ki, klub rəhbərliyi nəticələrdən narazı olduğu üçün Julen Lopteqini komandadan uzaqlaşdıracaq. "Sevilya" rəhbərliyinin önəm verdiyi məşqçilərdən biri də Fatih Terimdir.

Məlumata görə, İspaniya klubunun nəzərdən keçirdiyi digər məşqçi isə Jorje Sampaolidir. Bildirilir ki, İspaniya təmsilçisi oyunçuları idarə etmək bacarığına görə Fatih Terimin işini daha çox bəyənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31