"Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Olaylar.az milli.az-a istinadən bildirir ki, "Nant" klubu Fransada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının G qrupunun V tur oyunu üçün biletləri satışa çıxarıb.

Ən ucuz biletin qiyməti 36 avro, ən bahalı bilet isə 75 avrodur.

Oktyabrın 27-də "Stad de la Bojuar" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar arasında Bakıdakı görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos"un, "Nant" isə Almaniyada "Frayburq"un qonağı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31