Azərbaycan millisinin köməkçi məşqçisi karyerasını Türkiyədə davam etdirəcək - ÖZƏL
23 Sentyabr 2022 15:43 İdmanQadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Voleybol Federasiyasından daxil olub. Bildirilib ki, Emin Əbilov 2022/2023-cü il mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq "Sarıyer Belediyespor" klubu ilə birinci köməkçi məşqçi olaraq 1 illik müqavilə imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31