Ölkəmizdə idmanın inkişafı üçün kifayət qədər imkanlar yaradılıb - ÖZƏL
23 Sentyabr 2022 14:50 İdman"Ölkəmizdə idmanın inkişafı üçün kifayət qədər imkanlar yaradılıb, idman mərkəzləri açılıb, digər vacib addımlar atılıb. Bütün bunlar yalnız o məqsədə xidmət edir ki, insanlarımız sağlam olsun".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov səsləndirib. O bildirib ki, sağlam insan isə sağlam mənəviyyata malik olur: "Sağlam insan dava-dalaşdan uzaq olur. Özünəinamlı, özünəgüvənli olur".
Millət vəkili onu da vurğulayıb ki, idmana diqqət qayğı həm də dövlət siyasətidir: "Ölkə prezidenti idmançılarımıza necə böyük diqqət və qayğı ilə yanaşır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31