Millimizin matçını alman hakimlər idarə edəcək
22 Sentyabr 2022 13:12 İdmanMillətlər Liqasının qrup mərhələsinin son turunun Azərbaycan - Qazaxıstan görüşünün hakimləri dəqiqləşib.
Matçı almaniyalı Harm Osmers idarə edəcək.
Ona Robert Kempter və Dominik Şaal köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Martin Petersen yerinə yetirəcək.
Millimizin qazaxlara qarşı oyunu sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək və 20:00-da start götürəcək.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31