Məşqçi-müəllimlərin beynəlxalq seminarı keçiriləcək - ÖZƏL

Sentyabr 16-dan 18-dək Makedoniyanın paytaxtı Skopyedə Avropa Voleybol Konfederasiyası (CEV) Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə məşqçi-müəllimlərin beynəlxalq seminarı keçiriləcək.

"OLAYLAR"-a Azərbaycan Voileybol Federasiyasından daxil olan xəbərə görə, müxtəlif ölkələrin məşqçi-müəllimlərinin iştirak edəcəyi təlimlərə ölkəmizdən də 4 məşqçi - Yana Kuznetsova, Vadim Kutukov, Vladimir Larkin və Vüsal Qurbanov öz biliklərini daha da genişləndirmək üçün qatılacaqlar.

2 gün davam edəcək seminarda orta məktəb müəllimləri, aşağı yaş qruplarında məşq keçən məşqçilər həm nəzəri, həm də praktiki biliklərini daha da artıracaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31