Atletimiz karyerasını başa vurub

Azərbaycanı fiqurlu konkisürmə üzrə  beynəlxalq yarışlarda təmsil edən atletimiz Yekaterina Ryabova səhhətində yaranan problemlə bağlı karyerasını başa vurub.
"OLAYLAR" Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq yaxın dönəmdə Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda Səbinə Əliyeva və Vladimir Litvintsev təmsil edəcək.
Azərbaycan Qış İdmanı Növləri Federasiyası Yekaterina Ryabovaya uğurlar arzu edir, Azərbaycanı beynəlxalq yarışlarda təmsil etdiyi üçün minnətdarlığını bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31