“Dinamo Zaqreb” Mahir Emrelini “Qarabağ”a vermədi – Klubdan AÇIQLAMA
1 Sentyabr 2022 16:53 İdman"Dinamo"nun idman direktoru Marko Vukeliç son zamanlarda adı "Qarabağ"la hallanan Mahir Emreli barədə açıqlama verib.
Vukeliç 25 yaşlı hücumçunun Zaqreb təmsilçisində qalacağını bildirib:
"Qarabağ"ın futbolçumuzu icarəyə götürmək istəməsi barədə geniş açıqlama verə bilmərəm. Onların və ya başqa klubun Mahiri istəməsi normaldır. Yalnız onu deyə bilərəm ki, Emreli "Dinamo"da qalacaq".
Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevral ayından "Dinamo"nun formasını geyinir.
sportlife.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31