Peşəkar Futbol Liqasında yeni kadr təyinatı oldu

Peşəkar Futbol Liqasında (PFL) yeni kadr təyinatı olub.

Olaylar.az bildirir ki, PFL-in rəsmi saytında bildirilib ki, rəhbərliyin qərarına əsasən, qurumda icraçı direktor postu təsis edilib və Zaur Hacı-Məhərrəmov bu posta təyinat alıb.

Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da fəaliyyət göstərir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Z.Hacı-Məhərrəmov ölkədə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. PFL-in yeni icraçı direktoru eyni zamanda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.

Qeyd edək ki, bunadək PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov isə texniki idman direktoru kimi təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31