Fransa klubunun erməni futbolçusu Bakıya gələcək?

Fransanın "Nant" klubunun erməni əsilli futbolçusu Qor Manvelyan "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarından birini buraxacaq.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı yarımmüdafiəçi "köhlən atlar"la matç üçün Azərbaycana gəlməyəcək.

Qeyd edək ki, Qor Manvelyan Fransanın U-17 və U-19 yığmalarında çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31