“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki potensial rəqibləri bəlli olub

UEFA Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Olaylar.az Trend-ə istinadən bildirir ki, qrupda mübarizə aparacaq 32 komanda, həmçinin "Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşib.

Ağdam klubu püşkatmaya 2-ci səbətdən qoşulacaq və digər səbətlərdəki komandalardan biri ilə eyni qrupa düşəcək.

1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan)

Ətraflı

2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan)

3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə)

4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə)

Qeyd edək ki, Avropa Liqasında püşkatma bu gün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31