“Vuruşduq və əlimizdən gələni etdik, amma alınmadı”
24 Avqust 2022 14:24 İdman"Yaxşı mübarizə apardıq".
Bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çexiyada "Viktoriya"ya (Plzen) 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra CBC Sporta açıqlamasında deyib.
25 yaşlı müdafiəçi qitənin bir nömrəli klub turnirində qrup mərhələsinə vəsiqə qazana bilmədikləri üçün təəssüfləndiyini söyləyib:
"Matça yaxşı hazırlaşmışdıq. Mərhələ adlamağı çox istəyirdik. Komanda şəklikdə vuruşduq və əlimizdən gələni etdik. Amma alınmadı.
Avropa Liqasında qələbələr qazanmağa çalışacağıq. Bu gün xalqımızı sevindirə bilmədik. Bütün azarkeşlərə dəstək olduqları üçün təşəkkür edirəm".
Suportinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31