“Qarabağ” Çexiyaya yola düşdü
22 Avqust 2022 10:58 İdman"Qarabağ" klubu Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə cavab oyunu üçün Çexiyaya gedib.
Komandanı Praqa şəhərinə aparan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.
Bu gün Bakı vaxtı ilə 21:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 22:00-da matçın keçiriləcəyi Plzen şəhər stadionunda "Qarabağ"ın media üçün açıq məşqi keçiriləcək.
Qeyd edək ki, avqustun 23-ü keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk matçda hesab açılmayıb.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31