Voleybolçularımız Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq. 

D qrupunda çıxış edəcək yığma avqustun 20-də  ilk oyununu Gürcüstan millisinə qarşı keçirəcək. "OLAYLAR" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək. 

Qeyd edək ki, yığmamız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya millilərinə qarşı mübarizə aparacaq.

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək. 

AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31