UEFA Azərbaycanın üç klubuna vəsait köçürdü
12 Avqust 2022 13:52 İdmanKonfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "Neftçi", "Qəbələ" və "Zirə" üçün UEFA-dan ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
Milli assosiasiyanın rəsmi saytında verilən məlumata görə, "ağ-qaralar"a 100 000 avro, "qırmızı-qaralar"a və "qartallar"a isə ayrılıqda 450 000 avro ödənilib.
Qeyd edək ki, "Qəbələ" və "Zirə" mübarizəni II təsnifat mərhələsində dayandırıb. "Neftçi" isə avrokuboklarla III raundda vidalaşıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31