Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başlayıb
9 Avqust 2022 13:38 İdmanKişi voleybolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.
"OLAYLAR" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Pərviz Səmədovun baş məşqçisi olduğu yığma startda Sudanla qüvvəsini sınayıb.
Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk setdə 25:13 hesabı ilə qalib gələn voleybolçularımız ikinci hissəni 25:20 hesabı ilə aktivinə yazıb. Üçüncü set isə 25:22 hesabı ilə xeyrimizə bitib.
Qeyd edək ki, millimizin yer aldığı A qrupunda Sudandan əlavə, Kamerun və Mərakeş yığmaları mübarizə aparır. Komandamızın növbəti matçı avqustun 11-də Kameruna qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31