Yığma komandamız Avropa birinciliyində iştirak edəcək
8 Avqust 2022 11:31 İdman10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Yarışda 36 ölkədən 393 nəfər (192 qız + 201 oğlan) atlet iştirak edəcək. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Birinciliyə məşqçi Oktay Muxtarovun rəhbərliyi altında 6 idmançımız qatılacaq. Onlar aşağıdakılardır:
U-15
Qızlar: Zəhra Niftəliyeva (71 kq).
Oğlanlar: Turan Əliyev (61 kq).
U-17
Qızlar: Rahilə Hüseynzadə (81 kq).
Oğlanlar: Qasım İsmayılov (61 kq), Ravin Alməmmədov (67 kq).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31