Ərəb şeyxindən Ronaldoya fantastik təklif
14 İyul 2022 16:18 İdmanİngiltərə nəhəngi "Mançester Yunayted"də çıxış edən Kriştiano Ronaldoya Səudiyyə Ərəbistan klublarının birindən dodaquçuqladan təklif edilib.
İddiyaya görə, klub Ronaldoya 2 illik müqavilə və mövsüm başına 125 milyon avro təklif edib.
Premyer Liqada yeni mövsümə hazırlaşan "Mançester Yunayted"də Ronaldonun klubdakı taleyi dəqiqləşməyib.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki,"NTV Spor"un məlumatına görə, Səudiyyə Ərəbistanından bir komanda Ronaldo üçün "Mançester Yunayted"ə 30 milyon avroluq transfer təklifi edib.
Qeyd edək ki, hazırda adı Avropa klubları ilə anılan Ronaldo ilə "Çelsi" və "Bavariya"nın da maraqlandığı iddialar arasındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31