Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
4 İyul 2022 14:15 İdmanRomada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərov qalmaqala səbəb olub.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib. O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib.
Lakin mükafatlandırma zamanı erməni himni səsləndirilərkən Sabir Cəfərov kürsünü tərk edib. Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalı əlindən alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31