Formula pilotlarının kvalifikasiya sessiyası başlayıb - CANLI - FOTO

2022 Formula 1 Azərbaycan Qran-Prisində F1 pilotlarının kvalifikasiya sessiyası başlayıb.

Olaylar.az xəbər verir ki, kvalifikasiya sessiyası bir saat davam edəcək.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir.

Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
İyunun 10-da start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31