Bakıdakı “Formula-2” yarışında iki qəza baş verib
10 İyun 2022 13:52 İdmanBakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində iki qəza baş verib.
"MP Motorsport" komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı qoruyucu səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb.
İkinci qəzada isə "Campos Racing" komandasından Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb.
25 yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31