İdman TV “Formula 1”in yayım hüququnu aldı

İdman TV "Formula 1" 2022-nin yayım hüququnu alıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Azərbaycan qran-prisindən başlayaraq "Formula 1" üzrə 2022-ci il mövsümünun qalan hissəsi İdman TV vasitəsilə canlı yayımlanacaq.

Bakıda baş tutacaq yarış 10-12 iyun tarixlərində İdman TV-də efirə veriləcək.

Qeyd edək ki, 5-ci dəfədir Azərbaycan "Formula 1"ə ev sahibliyi edir. Daniel Rikardo (2017), Luis Hemilton (2018), Valtteri Bottas (2019) və Serxio Peres (2021) Azərbaycan qran-prisinin qalibləri olublar.

Onu da bildirək ki, hazırda pilotların sıralamasına 125 xalla son dünya çempionu Maks Ferstappen ("Red Bull") başçılıq edir. Konstruktorların yarışında isə "Red Bull"un (235 xal) üstünlüyü var.

"Formula 1" Azərbaycan qran-prisi 2022-yə biletlər www.bakucitycircuit.com saytında satışa çıxarılıb.

AzTV hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərir, 1956-cı il fevralın 14-də yayıma başlayıb. Azərbaycan Televiziyasının dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV "Avropa keyfiyyəti" medalına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Rövşən Məmmədov 2019-cu ildən QSC-də uğurlu islahatlara başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub. Rövşən Məmmədov televiziya kanallarının texniki təchizatının yenilənməsinə xüsusi diqqət ayırıb. Hər üç TV kanalında onlarla yeni uğurlu layihələr hazırlanıb, yüzlərlə bədii-sənədli film istehsal olunub.  2021-ci ildən AzTV HD formatında yayıma başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31